Mingəçevirdə qıza görə mübahisə etdi, damarlarını kəsdi


Digərləri 22 May 2018 07:15:00 307 0

Mingəçevirdə qıza görə mübahisə etdi, damarlarını kəsdi

O, mübahisə etdikdən sonra əsəbiləşib və özünə qəsd edib

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, şəhərin Təbriz küçəsində yaşayan 1984-cü il təvəllüdlü yerli sakin Quliyev Səməd Eyyub oğlu kəsici alətlə qollarını doğrayaraq özünə ciddi xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, hadisə qısqanclıq zəminində olub. O, qıza görə, kiminləsə mübahisə etdikdən sonra əsəbiləşib və özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.