Mingəçevirdə qıza görə mübahisə edən şəxs damarlarını kəsib


Sosial 22 May 2018 04:32:22 265 0

Mingəçevirdə qıza görə mübahisə edən şəxs damarlarını kəsib

O, mübahisə etdikdən sonra əsəbiləşib və özünə qəsd edib

Mingəçevir şəhərində intihara cəhd hadisəsi baş verib.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhərin Təbriz küçəsində yaşayan 1984-cü il təvəllüdlü yerli sakin Quliyev Səməd Eyyub oğlu kəsici alətlə qollarını doğrayaraq özünə ciddi xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, hadisə qısqanclıq zəminində olub. O, qıza görə, kiminləsə mübahisə etdikdən sonra əsəbiləşib və özünə qəsd edib.

Faktla bağlı araşdırma aparılır.