Bakıda orta yaşlı qadını maşın vurub


Sosial 22 May 2018 02:54:17 190 0

Bakıda orta yaşlı qadını maşın vurub

Nəticədə qadın xəsarət alıb

Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, J.Əliyev küçəsində yolu keçmək istəyən 1976-ci təvəllüdlü İsmayılova Vəsilə Akif qızını minik avtomobili vurub.

Nəticədə qadın xəsarət alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Sürücü Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunub.