"Koroğlu" metrostansiyası yaxınlığında gənc oğlanı avtomobil vurub


Sosial 22 May 2018 02:16:23 263 0

"Koroğlu" metrostansiyası yaxınlığında gənc oğlanı avtomobil vurub

Yaralı özəl klinikalardan birinə yerləşdirilib

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Həbişov Şahiman Rahib oğlu "Koroğlu" metrostansiyasından çıxaraq Heydər Əliyev prospektinin digər tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub.

Yaralı özəl klinikalardan birinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Pols İdarəsində araşdırma aparılır.