Yerquruluşu işlərinin aparılması və torpaq kadastr məlumatlarının hazırlanması elektron xidmət növləri siyahısına daxil edilib


İqtisadiyyat 22 May 2018 00:51:25 362 0

Yerquruluşu işlərinin aparılması və torpaq kadastr məlumatlarının hazırlanması elektron xidmət növləri siyahısına daxil edilib

Bəzi müraciət və sənəd qəbulları siyahıdan çıxarılıb

“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında qərara dəyişiklik olunub.

“Report” xəbər verir ki, dəyişikliyə görə, yerquruluşu işlərinin aparılması və torpaq kadastr məlumatlarının hazırlanması, eyni zamanda respublika ərazisində quraşdırılmış “Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsi”ndə olan məlumatların verilməsi elektron xidmət növləri siyahısına daxil edilib.

Həmçinin torpaq kadastr məlumatları barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu, torpaq kadastr məlumatlarının hazırlanması və kadastr xidmətlərinin göstərilməsi üçün müraciətin və sənədlərin qəbulu, torpaq kadastr xəritələrinin və CİS üçün baza xəritələrinin tərtibi ilə əlaqədar müraciətin və sənədlərin qəbulu, ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu və bələdiyyələrin xəritələrinin hazırlanması üçün müraciətin və sənədlərin qəbulu elektron xidmət növlərinin siyahısından çıxarılıb.