Günün qoroskopu: çətinliklər müvəqqətidir


Digərləri 22 May 2018 00:01:00 296 0

Günün qoroskopu: çətinliklər müvəqqətidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətin, amma labüd qərar qəbul etməyin vaxtı çatıb. Problemin həllini təxirə salmaq, üstün və zəif cəhətləri təhlil etmək üçün zamana ehtiyacınız var. Vaxt isə yoxdur, aktiv hərəkət etmək gərəkdir. Təbii, kiminsə məsləhətindən yararlana bilərsiniz. Amma sonradan bu qərarınıza peşman olacaqsınız.

Günün ikinci yarısında maliyyə çətinlikləri istisna deyil. Böyük məbləğdə pul itkisinə məruz qala bilərsiniz.  

Səhhətiniz normal deyil. Özünüzü yorğun hiss edəcəksiniz. Üstəlik, xroniki bihallıq da durumu yaxşılaşdırmayacaq. Yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqları yaranacaq. Münasibətləri korlamamaq üçün güzəştə getməyi bacarın. Ehtiyatlı olun.

Yeni işlərə başlayanda sərvaxt olun. Qüvvənizi olduğundan artıq qiymətləndirməyin. Yerinə yetirilməsi çətin vədlər verməyin.  

Buğa - sakit, soyuqqanlı qalmaq asan deyil. Situasiya birmənalı deyil. Hadisələrin hansı məcrada inkişaf edəcəyini düşünüb ehtimalları çeşidlədikcə daha çox narahat olur, nigaran qalırsınız. Yaxınlarınız və xüsusilə də yaşlı qohumlarınız sizi dəstəkləyəcəklər. Sizi narahat edən məsələləri onlara danışsanız, çıxış yolu tapa bilərsiniz.

Günün ikinci yarısında xəfif ağrılar istisna deyil. Səhhətiniz üçün heç bir problem yoxdur. Fiziki işdə xeyir var. Əhvalınız yaxşılaşacaq.

Axşam saatları sağlamlıq və kosmetik prosedurlar, imiclə eksperimentlər üçün əlverişlidir.

Əkizlər - fəal, qətiyyətli olun. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün rasional davranın. Pullarınızın qədrini bilin, amma simiclik də etməyin. İşgüzar danışıqlar yaxşı alınacaq. Sərfəli sövdələşməyə nail ola bilərsiniz. Fikrinə və ya mövqeyinə dəyər verdiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.  

Günün ikinci yarısı romantik yox, dost münasibətlərə başlamaq üçün əlverişlidir. Amma yaşananları ciddiyə almayın. Çünki taleyüklü, yaşamınıza təsir edə biləcək görüş irəlidədir.

Xərçəng - planlar quranda bilin ki, mümkün qədər ehtiyatlı və sərvaxt davranmaq gərəkdir. Bir tələsik qərar, səthi açıqlama hər şeyi korlaya bilər. Pullarınızla risk etməyin, şübhəli anlaşmalar və ya razılaşmalardan boyun qaçırın. Maliyyə itkiləri riski çox böyükdür.

Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Uğurlu təsadüflər sizə çoxdan bəri hazırladığınız planı reallaşdırmağa imkan verəcək. Romantik görüş, sevdiyiniz insanla birlikdə yollandığınız səfər pis keçməyəcək. Xoş emosiyalar təbinizi yaxşılaşdıracaq.

Şir - gərgin, çətin, amma maraqlı gündür. Yeni işlərə cəsarətlə başlayın. Onlar ilk baxışdan göründüyü qədər çətin deyillər. Problemlərin öhdəsindən sürətlə gələ bilərsiniz. İndiyədək dil tapa bilmədiyiniz insanlarla əməkdaşlıq və ya tərəfdaşlıqla bağlı razılaşma əldə etməyə can atın. Birgə fəaliyyətin təkan verdiyi irəliləyiş sizi təəccübləndirəcək.  

Günün ikinci yarısında hisslərə qapılmayın, emosiyaların köləsinə çevrilməyin. Tələsik addımlar atmayın, düşünülməmiş qərarlar qəbul etməyin. Axşam saatlarında başlayacaq yeni münasibətlər sürətlə inkişaf edəcək.

Qız - bu gün başladığınız işlərin əksəriyyətində uğura nail ola bilərsiniz. Yeni bilik, təcrübə əldə etməyə imkan verən işlərə xüsusi fikir verin. Dünyagörüşünüzü artırmağa, karınıza gələ biləcək məlumatları əldə etməyə çalışın.

Maraqlı və ağıllı insanlarla ünsiyyət istisna deyil. Belə təmaslar çox faydalıdır.

Günün ikinci yarısında alış-verişə yollanmaq olar. Aldığınız bəzi əşyalar ailə üzvlərinə faydasız, ekstravaqant təsir bağışlasa da, təəssüflənməyin. Qərarınıza görə peşman olmayacaqsınız. Yaşam potensialı səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq.

Tərəzi - səhər saatlarından etibarən aktiv, enerjili olun. Yaşananları xatırlayın, yol verdiyiniz səhvləri və yanlışlıqları təhlil edin. Özünüzə qarşı həddən ziyadə sərt tənqidi mövqe tutmayın. Ən azı ona görə ki, yaxınlarınızın, yanınızdakı insanların nöqsaqlarını da qulaqardına vurmaq gərək deyil.

Qarşınıza qoyduğunuz məqsədə doğru hərəkətdə intensiv irəliləyiş əldə olunmasa, ruhdan düşərək bədbinliyə qapılmayın. Tələbləriniz reallığa uyğun olmalıdır.

Günün ikinci yarısında səmimi, qayğıkeş, nikbin insanlarla ünsiyyətdə olmağa çalışın. Onlar təriflərə xəsislik etməyəcək, sizə rəğbətlərini bildirəcəklər.