Şamaxıda yaşlı kişi ikinci mərtəbədən yıxıldı


Digərləri 21 May 2018 23:56:00 241 0

Şamaxıda yaşlı kişi ikinci mərtəbədən yıxıldı

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib

Şamaxı rayonunda bədbəxt hadisə nəticəsində 1 nəfər ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki,1960-cı il təvəllüdlü Bakı sakini Rüstəmov Abı Balakişi oğlu Şamaxıda ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxılıb.

Zərərçəkmiş boyun fəqərəsinin qapalı sınığı ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.