Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib?


Şou-biznes 21 May 2018 23:57:00 400 0

Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib?

Müğənni Şəbnəm Tovuzluyla (Əsədova) həmkarı Vəfa Şərifovanın arasındakı qalmaqalın əsl səbəbi bəlli olub

Son.az ölkə.az-a istinadən bildirir ki, iki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir. Belə ki, Famil illər öncə Ş.Tovuzluyla vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifovayla münasibətə başlayıb.

Bildirilir ki, V.Şərifova hazırda Famil adlı şəxsdən hamilədir. Deyilənlərə inansaq, Ş.Tovuzlu hələ də keçmiş həyat yoldaşının həmkarıyla evlənməsini qəbul edə bilmir.