Tövrat, İncil, Zəbur, QuraniKərim – hamısı Ramazan ayında nazil olub


Digərləri 21 May 2018 23:40:00 460 0

Tövrat, İncil, Zəbur, QuraniKərim – hamısı Ramazan ayında nazil olub

Ramazan ayı, Quran nazil olduğu ay olmaqla bərabər, özünəxməxsus fəzilətlərə malikdir ki, onu başqa qəməri aylardan ayırır. Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayı ona görə belə adlandırılmışdır ki, çünki günahları yandırar".

Ramazan ayının özünə məxsus fəzilətləri ilə tanış olaq:

1. Aylar içində ən üstün olanıdır. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Ey insanlar! Allahın rəhmət, bərəkət və bağışlanma ayı sizə üz tutmuşdur. Elə bir ay ki, Allah yanında bütün aylardan üstün və gündüzləri - gündüzlərdən, gecələri - gecələrdən, saatları - saatlardan üstündür. Elə bir ay ki, siz orada qonaqlığa dəvət olunmusunuz və Onun lütfündə qərar tutmusunuz".

2. Allah Kitabının bu ayda nazil olması. İmam Sadiq (ə) buyurur: "Quranın hamısı Ramazan ayında Beytul-məmura nazil olmuşdur. Sonra 20 il ərzində Peyğəmbərə (s) nazil olmuşdur. İbrahimin (ə) səhifəsi - Ramazan ayının ilk gecəsində, Tövrat - Ramazan ayının 6-cı günündə, İncil - Ramazan ayından 12 gecə keçəndən sonra, Zəbur isə Ramazan ayının 18-də nazil olmuşdur".