Ürəyi cavanlaşdırmağın asan yolu


Digərləri 21 May 2018 23:42:00 256 0

Ürəyi cavanlaşdırmağın asan yolu

ABŞ-ın Texas universitetinin alimləri həftədə 4-5 dəfə idmanla məşğul olmağın ürəyin qocalmasının qarşısını aldığını müəyyən edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə elmi məqalə "The Journal of Physiology" jurnalında nəşr olunub.

Tədqiqatda yaşı 60-dan çox olan 102 nəfər iştirak edib. Onlar fiziki hazırlıq səviyyəsindən asılı olaraq dörd qrupa bölünüb.  Birinci qrupa oturaq həyat tərzi sürən könüllülər daxil edilib, ikinci qrupa ara-sıra idman edən, üçüncü və dördüncü qrupa isə müvafiq olaraq həftədə 4-5 və 6-7 dəfə otuz dəqiqə ərzində fiziki hərəkətlər yerinə yetirən insanlar daxil olub.