Roman Abramoviç viza ala bilmir


Dünya 21 May 2018 23:35:00 341 0

Roman Abramoviç viza ala bilmir

Rusiyalı oliqarx, biznesmen və İngiltərənin Chelsea futbol klubunun sahibi Roman Abramoviç özünün Britaniya vizasının müddətinin uzadılması barədə etdiyi müraciətə hələlik heç bir cavab almayıb, BBC mənbələri təsdiq edib.

Məlumdur ki, Abramoviç şənbə günü futbol üzrə İngiltərə kuboku uğrunda keçirilmiş final matçında iştirak edə bilməyib.

Həmin görüşdə onun, sahibi olduğu Chelsea futbol klubu Manchester United klubuna 1:0 hesabı ilə qalib gələrək qələbə qazanıb.

BBC müxbirinin məlumatına əsasən, Roman Abramoviçin şəxsi Boeing-767 təyyarəsi son Britaniyanı aprelin 1-də tərk edib və o vaxtdan bəri Britaniyaya dönməyib.

Oliqarxın çevrəsindəki mənbələr BBC-yə bildiriblər ki, Abramoviçin Britaniya vizasının müddəti aprelin sonunda başa çatıb, yenisi isə ona hələ verilməyib.

Abramoviç ilk dəfə deyil ki, Britaniya vizasını uzadır, lakin bu dəfə yubanma baş verib, söhbət viza müraciətinə rədd cavabdan getmir, oliqarxın çevrəsindəki mənbə BBC-yə bildirib.