İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı


Dünya 21 May 2018 23:38:00 250 0

İsrail hiddətlənib: Avropadan üç səfirini geri çağırdı

İsrail xarici işlər nazirliyi ölkənin İspaniya, Sloveniya və Belçikadakı səfirlərini geri çağırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, buna səbəb bu ölkələrin BMT-nin Qəzzada fələstinli etirazçılara qarşı törədilən cinayətlərin araşdırılması il bağlı Yaxın Şərqə ekspert qrupu göndərmək qərarını dəstəkləmələri olub.

Bundan əvvəl İsrail XİN-i ölkənin BMT-nin bölgəyə ekspert göndərmək qərarını tanımadığını bəyan etmişdi.