Gündə 20 ədəd yeyin


Digərləri 21 May 2018 23:02:00 286 0

Gündə 20 ədəd yeyin

Badam insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri hesab olunur. Onun tərkibində saysız həddə minerallar və vitaminlər var. Bəs badamın düzgün istifadə qaydası və faydası nədir?   

Son.az axşam.az-a istinadən badamın faydalarından bəhs edir:

1. Dərini qoruyur - Günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini sərbəst radikallarla mübarizə aparır, nəm səviyyəsini qoruyur və dərinin canlanmasına kömək edir.

2. Ürək xəstəlikləri riskini azaldır - Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolestrol səviyyəsidir. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

3. Arıqladır - Badam karbonhidratdan yoxsul, vitamindən bol olduğu üçün tox tutma xüsusiyyətinə sahibdir. Qan şəkərini tənzimləyir, qəbizliyin qarşısını alır. Metobolizmanı sürətləndirir.