Pis sözlər eşitmək, nə isə yemək və içmək dəstəmazı pozurmu?


Digərləri 21 May 2018 22:50:00 308 0

Pis sözlər eşitmək, nə isə yemək və içmək dəstəmazı pozurmu?

Pis sözlər danışmaq və ya eşitmək dəstəmazı batil etmir. Amma pis sözlər danışmaq özü bir günahdır. Ona görə də bilərəkdən pis sözlər danışmaqdan çəkinmək lazımdır.

Son.az zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Allah pis sözün ucadan deyilməsini sevmir. Ancaq zülm olunan kimsələr istisnadır. Allah Eşidəndir, Biləndir". (ən-Nisa, 148). İbn Abbas (Allah ondan razı olsun) buyurub ki, burada Allahın sevmədiyi şey, zülmə uğrayanlardan başqasının kiminsə əleyhinə dua etməsidir. (əs-Sabuni "Safvatut-Təfəsir", 1/314).