Obama özünə yeni iş tapdı


Dünya 21 May 2018 22:41:00 316 0

Obama özünə yeni iş tapdı

ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişel ABŞ-ın nəhəng əyləncə və video-strim şirkəti olan "Netflix"lə müqavilə bağlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Obama cütlüyü televiziya layihələrinə prodüserlik edəcək.

Bu barədə "Netflix"in rəsmi "Twitter" hesabında məlumat yayılıb. Uzunmüddətli müqaviləyə əsasən Mişel və Barak strim xidməti üçün yeni filmlərin və serialların istehsalı ilə məşğul olacaq.

Obama cütlüyü yeni layihələrdə əsas diqqəti tarixdə milyonlarla insana ilham mənbəyi olmuş istedadlı şəxsiyyətlərə yönəltmək niyyətindədir.