Qeysəriyyə kəsiyi nəticəsində doğulan bu uşaqların əqli inkişafı aşağı olur


Digərləri 21 May 2018 22:16:00 326 0

Qeysəriyyə kəsiyi nəticəsində doğulan bu uşaqların əqli inkişafı aşağı olur

Azərbaycanda mama-ginekoloqlar və neonatoloqlar tərəfindən aparılan maarifləndirmə işlərindən sonra hamilə qadınların 38-ci həftədən əvvəl qeysəriyyə əməliyyatı edilməsi halları azalır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov deyib.

R.Hüseynovun sözlərinə görə, artıq mama-ginekoloqlar hamilə qadınları vaxtında, yəni hamiləliyin 39-cu həftəsində qeysəriyyə əməliyyatı etməyə çalışırlar:

"Müasir tədqiqatlar göstərir ki, 39 həftədən aşağı planlı şəkildə aparılan qeysəriyyə kəsiyi nəticəsində doğulan uşaqların əqli inkişaf (İQ) indeksi ümumi populyasiyadan 6 % aşağı olur".

Baş neonatoloq əlavə edib ki, qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır.

Mütəxəssisin sözlərinə görə, bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur.