Vaşinqtonun bizə diktə etməyə haqqı yoxdur


Dünya 21 May 2018 22:18:00 302 0

Vaşinqtonun bizə diktə etməyə haqqı yoxdur

Rəsmi Vaşinqtonun İrana və bütün dünyaya fəaliyyətində diktə etməyə haqqı yoxdur.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bəyan edib.

"ABŞ-ın müstəqil və suveren dövlətlər adından qərarlar qəbul etməsini dünya artıq qəbul etmir. ABŞ hökuməti 15 il əvvələ, 2003-cü ildə Corc Buşun bəyanatlar verdiyi dövrə qayıdıb. Sizin bəyanatlarınızın vaxtı bitib. İran xalqı artıq sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək", deyə H.Ruhani vurğulayıb.