Sarqsyan istefadan sonra ilk dəfə adam arasına çıxdı


Dünya 21 May 2018 21:59:00 311 0

Sarqsyan istefadan sonra ilk dəfə adam arasına çıxdı

Ermənistanın sabiq baş naziri etiraz aksiyalarından sonra istefa verməyə məcbur olub

Ermənistanın üçüncü prezidenti və sabiq baş naziri Serj Sarqsyan istefasından sonra ilk dəfə cəmiyyət arasında görünüb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Sarqsyan mayın 21-də Ararat rayonunda Ermənistanın 1999-cu ildə parlamentə hücum zamanı öldürülən baş naziri Vazqen Sarkisyanın anası Qreta Sarkisyanın dəfn mərasiminə qatılıb.

Serj Sarqsyanı Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan və Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan müşayiət edib.