Buruq saçlar dəbi geri qayıdır


Digərləri 21 May 2018 22:05:00 1455 0

Buruq saçlar dəbi geri qayıdır

Misirli gənc qadın Eman El-Deeb 2016-cı ildə ölkəni tərk etmək qərarına gəlib. Bu nə təhsil, nə iş, nə də sevgili üçün idi. Səbəb onun buruq saçları idi.

26 yaşlı xanımın iri buruq saçları var.

O, hazırda İspaniyada yaşayır və onun buruq saçları burada çox bəyənilir.

Ancaq bir çox qadınların Avropa gözəllik ideallarını təqlid etməyə çalışdığı Misirdə saçlarını lənət kimi hiss edirdi.

"Ölkəni tərk etmək qərarı mənim üçün çox kədərli idi. Mən heç vaxt köçəcəyimi təsəvvür etməmişdim", - Eman deyir.

"Ancaq mən yorulmuşdum... Elə bir nöqtəyə gəmişdim ki, mənim görkəmimin heç kəsi narahat etmədiyi yerdə yaşamaq istəyirdim."

Misir qadınlarının çoxunun təbii buruq saçları var

Eman deyir ki, Misirdə o, tanışlar və yad adamlar tərəfindən də lağa qoyulurdu.

"Misir bankında işlədiyim ilk aylarda demək olar ki, hər gün insan resursları şöbəsindən kimsə gəlib saçlarımı düzləşdirməyi istəyirdi."

Emanın köçmək qərarı çoxlarına mənasız gəlsə də, ehtimal ki, onun hekayəsi Misirdəki bir çox qadında əks-səda effekti yaradacaq.

Misirli qadınların çoxunun saçları buruqdur.

Onların çoxu hələ uşaqlıqdan cəmiyyətin gözəllik standartlarına uyğun gəlmək üçün saçlarını düzləşdirməyə məcbur edilir.

"Saçlarıma görə lağa qoyulurdum"

2016-cı ildə burada qadınların saçlarına təbii qulluq etmələri üçün Facebook qrupu açılanda qoşulanlar çox olmuşdu.

Bu gün qrupun yaradılmasından iki il sonra "Hair Addict" qrupunun 105 mindən artıq qadın üzvü var və bunların 95%-dən çoxu aktiv müzakirələr aparır.

Doaa Gawish qızı ilə birgə Hair Addict Facebook qrupunu yaradıb