Yasamalda ərazini kim hasarlayıb? FOTO


Digərləri 21 May 2018 21:58:00 242 0

Yasamalda ərazini kim hasarlayıb?  FOTO

Yasamal rayonu İbrahim Əbilov və Balabuba Məcidov küçələrinin kəsişməsindən uzun müddətdir ki, böyük bir ərazi hasarlanıb. Sakinlərin sözlərinə görə, hasarlanma haradasa 5-6 il əvvəl Metropoliten tərəfindən həyata keçirilib.

"Əvvəlcə bir təməl atdılar. Yer qazdılar. Guya iş görəcəklər. Sonra hər şeyi yarımçıq buraxıb getdilər. Ərazinin bir tərəfi normal hasara alınıb. Digər tərəfdən isə dəmir lövhələrlə hasarlanmışdı. Zaman keçdikcə dəmir lövhələr aşınmaya uğrayıb. İndi uşaqlar bəzən keçib ərazidə oynayır. Bu da təhlükəlidir. Uşağa getmə, etmə deyəndə, daha da can atır. Biz uşaqlarmızı düşünürük. Hər nədirsə, ya gəlib normal hasara alsınlar, ya da lazım deyilsə, qapalı saxlamasınlar ki, uşaqlar da ora can atmasın" deyə ərazi sakinləri bildirib.


Xəbərə aid fotolar