Ramazan ayının hər gecəsinin müstəhəb namazı var


Digərləri 21 May 2018 21:40:00 282 0

Ramazan ayının hər gecəsinin müstəhəb namazı var

Ramazan ayının hər gününə məxsus dualar olduğu kimi, hər gecəsinə məxsus fəzilətli namazları vardır ki, onlarla tanış olaq. Son.az deyerler.org-a istinadən bildirir ki, bu namazlar müstəhəb namazlardır, ona görə də qılmaq imkanı olanlar üçün təqdim olunur. (Beytutə saytı)

Ramazan ayının üçüncü gecəsinin namazı: on rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Tövhid" surəsi.

Ramazan ayının dördüncü gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Qədr" surəsi.

Ramazan ayının beşinci gecəsinin namazı: iki rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 50 dəfə "Tövhid" surəsi və salamdan sonra 100 dəfə salavat.

Ramazan ayının altıncı gecəsinin namazı: dörd rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra "Mulk" surəsi.

Ramazan ayının yeddinci gecəsinin namazı: dörd rükətli namazdır ki, "Həmd"dən sonra 13 dəfə "Qədr" surəsi.

Ramazan ayının səkkizinci gecəsiin namazı: iki rükətli namazdır ki, hər rükətdə "Həmd"dən sonra 10 dəfə "Tövhid" və salamdan sonra 1000 dəfə "Subhənallah" demək.

Ramazan ayının doqquzuncu gecəsinin namazı: altı rükət namazdır ki, məğriblə işa namazları arasında qılınır və hər rükətdə "Həmd"dən sonra 7 dəfə Ayətül-kürsü oxunur və salamdan sonra 50 dəfə salavat deyilir.

Ramazan ayının onuncu gecəsinin namazı: 20 rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 30 dəfə "Tövhid" oxunur.

Ramazan ayının on birinci gecəsinin namazı: iki rükətli namazdır ki, hər rükətdə "Həmd"dən sonra 20 dəfə "Kövsər" surəsi oxunur.

Ramazan ayının on ikinci gecəsinin namazı: 8 rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 30 dəfə "Qədr" surəsi.

Ramazan ayının on üçüncü gecəsinin namazı: dörd rükətli namazdır ki, hər rükətdə "Həmd"dən sonra 25 dəfə "Tövhid" surəsi.

Ramazan ayının on dördüncü gecəsinin namazı: 6 rükət naamzdır ki, hər rükətdə "Həmd"dən sonra 30 dəfə "Zəlzələ" surəsi.

Ramazan ayının on beşinci gecəsinin namazı: dörd rükətli namazdır ki, ilk iki rükətdə "Həmd"dən sonra 100 dəfə "Tövhid" surəsi oxunur və qalan iki rükətdə isə 50 dəfə.

Ramazan ayının on altıncı gecəsinin namazı: 12 rükət namazdır ki, hər rükətdə "Həmd"dən sonra 12 dəfə "Təkasur" surəsi.

Ramazan ayının on yeddinci gecəsinin namazı: iki rükətli namazdır ki, birinci rükətdə "Həmd"dən sonra hansı surəsini istəsə oxusun, ikinci rükətdə isə 100 dəfə "Tövhid" surəsi oxunur və salamdan sonra yüz dəfə "Lə iləhə illəllah" zikri.