16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin


Digərləri 21 May 2018 21:35:00 258 0

16 saat tox qalmaq üçün sahurda bu qidaları yeyin

Bu il Müqəddəs Ramazan ayı isti havalarla müşayət olunur.

Son.az ölkə.az-a istinadən bildirir ki, sağlam qidalanma və sağlamlıq üçün sahurda insanı tox saxlayan və susuzluq yaratmayan qidalara üstünlük vermək lazımdır.

Qida mütəxəssisləri bildirirlər ki, gecə saatlarında qəbul edilən ağır qidalar o saatlarda metabolizma sürəti aşağı düşdüyü üçün yağa çevrilmə riski yüksəkdir. Bu səbəbdən bu saatlarda qəbul edilən qidaları diqqətlə seçmək lazımdır.

Sahurda tərkibində protein olan süd, qatıq və pendir kimi qidalar qəbul edilə bilər. Qandakı şəkərin miqdarının düşməsinin qarşısını aldığı üçün çörəkdən və ya taxıl məhsullarından hazırlanan şorbalardan istifadə etmək olar.

Sahurda kifayət qədər su, ayran, kompot və qazlı su içmək lazımdır. Eyni zamanda yemək yeyib yatmaq əvəzində vaxtında sahura durmaq lazımdır. Bununla yanaşı, sahurda duzlu qidalar və qızardılmış qidalar əvəzinə daha yüngül qidalar qəbul etmək məsləhət görülür.

1 çay qaşığı zeytun yağını pomidor və xiyarın üstünə əlavə edərək qəbul etmək və bağırsaq problemi olanlara faydalıdır.

Ölkə.Az oxucularına insanı gün boyu tox saxlayan və susuzluq yaratmayan qidaların siyahısını təqdim edirik.

Yumurta

Sahurun vazkeçilməz qidasıdır. Omlet və ya pomidor yumurta qəbul etmək də məsləhət görülür.

Ətli dolmalar

Dolmanı hazırlayarkən düyü əvəzinə yarmadan istifadə edin.

Pendir

Sahur üçün əladır. Pendir əvəzinə qatıqdan da istifadə etmək olar.

Tərəvəz şorbaları