Ramazan ayı niyə belə adlandırılıb?


Digərləri 21 May 2018 21:20:00 211 0

Ramazan ayı niyə belə adlandırılıb?

"Ramazan" - ərəb sözüdür və mənası yandırmaq deməkdir. "Ramazan" - günəşin qumların üzərinə nur saçması kimi mənalandırılır. Müsəlman ayları içərisində isə Ramazan ayı hicri ayının doqquzuncu ayının adıdır. Bu ayda müsəlmanlar Allahın əmri ilə oruc tutarlar.

Həzrət Peyğəmbər (s) buyurur: "Ramazan ayını ona görə ramazan adlandırırlar ki, bu ayda insanların günahları yandırılar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: "Ramazan, Allahın adlarındandır".

İmam Sadiq (ə) buyurur: "Ramazan ayı yaxşı aydır və bu ay Peyğəmbərin (s) zamanında bərəkətli ay adlandırıldı".

İslam dinində bu ayın xüsusi əhəmiyyəti vardır. Din alimləri, Məsumlarımız (ə) bu aya xüsusi diqqət göstəriblər. Bu ay rəhmət, bağışlanma, bərəkət və İlahi qonaqlıq ayıdır.

Mübarək Ramazan ayı Qurani-Kərimin Həzrət Peyğəmbərin (s) mübarək qəlbinə nazil olduğu aydır. Ramazan ayı - Quranın baharıdır. İmam Baqir (ə) buyurur: "Hər bir şeyin baharı vardır və Quranın baharı - Ramazan ayıdır".