Azərbaycanlı aktyor: "Tarkan kimi üstümə axışmasalar da, məşhurluğum mənə mane olur" FOTO


Kriminal 21 May 2018 21:01:00 426 0

Azərbaycanlı aktyor: "Tarkan kimi üstümə axışmasalar da, məşhurluğum mənə mane olur"  FOTO

Aktyor Elnur Hüseynovun Son.az-a müsahibəsi.

- Elnur bəy, həm ssenari yazarısınız, həm də aktyor. Başqa hansı vəzifələriniz var?

- Bəli, mən həm ssenaristəm, həm aktyor, işimdən başqa da ailə başçısıyam.

- Sizə doğma olan hansıdır?

- Təbii ki, ata. Allah hamının balasını saxlasın, iki övladım var, özümü ata kimi daha məsuliyyətli hiss edirəm.

- Ata kimi daha çox nəyə diqqət edirsiniz?

- Düzdür, mənim övladlarım o qədər də böyük deyil, birinin 4, digərinin 5 yaşı var. Çalışıram ki, onlar azad böyüsünlər. Əsas onların tərbiyəsidir. Böyüklərə qarşı diqqətli olsunlar və vətənə layiqli övlad olsunlar.

- Yazdıqlarınızı və oynadıqlarınızı təlim-tərbiyə baxımından nəzərə alırsınız?

- Bəli, biz ssenari yazanda fikirləşirik ki, buna bizim ailəmiz, azyaşlı övladlarımız baxacaq. Elə yazmışıq ki, bu, onlara mənfilik gətirməsin.

- "Bacanaqlar" serialında tez-tez mövzu və aktyor dəyişir. Bu axtarışın səbəbi nədir?

- Tamaşaçılar həmişə yeni nələrsə istəyir. Biz məcburuq ki, hər mövsüm mövzunu dəyişək, hər mövsüm də,  demək olar ki, mövzunu dəyişirik. Serial hər həftə gedir, tamaşaçı yenilik istəyir. Biz də o yeniliyi edirik. 10-cu mövsümdür ki, "Bacanaqlar" serialı efirdədir və elə bir mövsüm olmayıb ki, mövzunu dəyişməyək.

 - Səhvlərinizi görüb, irad tutanlar olur?


Xəbərə aid fotolar