Bakıda evdən seyfi oğurlayıb 130 mini bölüşdürdülər VİDEO


Digərləri 21 May 2018 21:02:00 226 0

Bakıda evdən seyfi oğurlayıb 130 mini bölüşdürdülər  VİDEO

Bakıda evdən 30 min dollar pul və 100 min manatlıq qızıl-zinət əşyaları oğurlayan dəstə saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, aprelın 22-də paytaxt sakini olan bir nəfər Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 min dollar pul və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuş 2 nəfər - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvü Sahib Həsənbəyli zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə əvvəlcə İmamverdi Həsənova məlumat verib. O isə öz növbəsində digər dəstə üzvləri Elnur Aslanov və Aslan Qasımovla birlikdə qeyd edilən evdən oğurluq etmək qərarına gəlib.

Seyfi ələ keçirəndən sonra dəstə üzvləri Sahib Həsənbəylinin Abşeron rayonunda yerləşən bağ evinə yollanıblar. Orada seyf kəsilərək açılıb və əldə edilən pul saxlanılan şəxslərin arasında bölünüb.

Seyfdə olan qızıl-zinət əşyaları isə satılıb və həmin pullar da dəstə üzvləri arasında bölüşdürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Videonu izləmək üçün şəklə klikləyin: