“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində paleontologiya mövzusunda təlim keçirilib


Digərləri 21 May 2018 20:48:25 217 0

“Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində paleontologiya mövzusunda təlim keçirilib

Təlimdə kiçik ekoloqlara paleontologiya elmi, qədim canlılar haqqında bir çox maraqlı məlumatlar verilib.

Bakı. IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində paleontologiya mövzusuna həsr olunmuş təlim keçirilib. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, təlimdə kiçik ekoloqlara paleontologiya elmi, qədim canlılar, arxeoloji tədqiqatlar sayəsində aşkar edilmiş və hal-hazırda mövcud olmayan fauna növləri haqqında bir çox maraqlı məlumatlar verilib. Gənc təbiətsevərlər qədim dövrlərdə mövcud olan canlıların xarici görünüşü, bioloji xüsusiyyətləri, qidalanma tərzi və çoxalması haqda maraqlı faktlar öyrəniblər. “Beynəlxalq bioloji müxtəliflik günü” ərəfəsinə təsadüf edən laboratoriya zamanı uşaqlara ölkəmizin biomüxtəlifliyi haqqında bəhs edilmiş və biomüxtəlifliyin mühafizəsi yolları izah edilib. Həmçinin uşaqlar paleontoloji və arxeoloji tədqiqatların aparılması yolları ilə laboratoriya sınaqları vasitəsilə tanış olub və öz ilk tədqiqatlarını həyata keçiriblər. Daha sonra gənc ekoloqlar qədim canlıların öyrənilməsi ilə bağlı eksperimentlərdə iştirak ediblər.