AKP 149 deputatı təkrar namizəd göstərmədi


Dünya 21 May 2018 20:00:00 237 0

AKP 149 deputatı təkrar namizəd göstərmədi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib. 

Son.az report.az-a istinadən bildirir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan 126-sı qadındır.

Siyahıda AKP-nin hazırda deputat olan 167 nəfərin adı da var. Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib.