Keşlə-də baş məşqçi Maksimovun taleyinə aydınlıq gəldi


İdman 21 May 2018 20:06:00 253 0

Keşlə-də baş məşqçi Maksimovun taleyinə aydınlıq gəldi

Keşlə baş məşqçisi Yuri Maksimovla müqavilənin müddətini uzadacaq. Goal.az xəbərt verir ki, bu barədə “Report”a paytaxt təmsilçisinin baş direktoru Rəmiş Malıyev məlumat verib. Klub rəsmisi bildirib ki, 50 yaşlı ukraynalı mütəxəssislə daha bir il əməkdaşlıq edilməsi ilə bağlı ilkin razılıq əldə olunub:

“Maksimovun işini qənaətbəxş sayırıq. Baş məşqçimiz özü də Azərbaycandakı fəaliyyətindən razıdır. Onunla müqavilə müddətinin uzadılması ilə bağlı söhbətimiz olub və ilkin razılıq əldə edilib. Maksimovla bir illik sözləşmə imzalanacaq".

Malıyev Keşlə-nin heyətində yer alan futbolçuların əksəriyyətinə də yeni müqavilə təklif edəcəklərini deyib. Klub rəsmisi oyunçularla artıq bununla bağlı söhbət etdiklərini və onların fikirlərini öyrəndiklərini vurğulayıb.

Yuri Maksimov ötən il dekabrın 25-də Keşlə ilə cari mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qol çəkib. Onun rəhbərlik etdiyi kollektiv mayın 28-də Azərbaycan Kubokunun finalında Qəbələ ilə qarşılaşacaq. Paytaxt təmsilçisi Premyer Liqada 6-cı yeri tutub.