Avtomobil bazarında təkliflərin həcmi azalıb, bəs qiymətlər?


Digərləri 21 May 2018 20:03:00 194 0

Avtomobil bazarında təkliflərin həcmi azalıb, bəs qiymətlər?

2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib

Bakı. Ənvər Məmmədov - 2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 19 faiz artıb.