SABAH qrupları insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən modeldir (FOTO)


Digərləri 21 May 2018 19:42:00 292 0

SABAH qrupları insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən modeldir (FOTO)

UNEC-də “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bakı. UNEC-də “Davamlı inkişaf: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, Təhsil Nazirliyi ilə UNEC-in birgə təşkilatçılığı ilə keçirilən konfrans Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub. UNEC-un rektoru, professor Ədalət Muradov SABAH qruplarının Azərbaycanın ali təhsil sistemində insan kapitalının formalaşdırılmasını uğurla həyata keçirən bir model olduğunu bildirib. Konfransın AXC-nin 100 illiyinə həsr olunmasının əhəmiyyətini vurğulayan rektor cümhuriyyət dövrünün bütün sahələrinin məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə geniş tədqiq olunduğunu bildirib. Ə.Muradov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın bu proseslərə xüsusi təkan verdiyini diqqətə çatdırıb. Davamlı iqtisadi inkişafın iqtisadçılar arasında ən çox müzakirə edilən mözvu olduğunu bildirən rektor, liberal bazar iqtisadiyyatında dünya ÜDM artımının yaratdığı problem və həlli yollarından danışıb. Davamlı inkişafı müəyyən edən vahid göstəricinin olmamasının iqtisadçılar qarşısında duran ən mühüm vəzifələrdən biri olduğuna diqqət çəkən rektor, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən söz açıb. BMT-nin hesablamalarına görə, davamlı inkişafla bağlı maliyyə kəsirlərinin mövcudluğunu vurğulayan rektor, problemin həlli üçün özəl investisiyaların yatırılmasına əlverişli mühitin yaradılması, eyni zamanda investorları maraqlandıran davamlı inkişafa yönəlik təkliflərə ehtiyac olduğunu vurğulayıb.