AXCnin 100 illiyi ilə əlaqədar Fransa və İsveçrədə tədbirlər keçirilib FOTO


Digərləri 21 May 2018 19:00:00 295 0

AXCnin 100 illiyi ilə əlaqədar Fransa və İsveçrədə tədbirlər keçirilib  FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunur. Cümhuriyyətimizin şanlı tarixi barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - "BF" şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov, eləcə də SOCAR-ın təmsilçisi Kamal Dadaşov Avropanın bir sıra şəhərlərində - Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) tədbirlər keçiriblər.

Strasburqda Hilton Otelində baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətindən, onun layiqli davamçısı Prezident Ilham Əliyevin müasir siyasətindən söhbət açaraq məlumat verib. O, son illər Azərbaycanın iqtisadi inkişafı, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artmasından danışıb.

Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hazırladığı promo video çarx nümayiş etdirilib.

Daha sonra tədbirin təşkilatçısı, "BF" şirkətlər qrupunun təsisçisi A.Əhmədov Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib.


Xəbərə aid fotolar