Azərbaycan Beynəlxalq Bankı banklararası şahmat turnirinin qalibi olub (FOTO)


Digərləri 21 May 2018 19:04:00 317 0

Azərbaycan Beynəlxalq Bankı banklararası şahmat turnirinin qalibi olub (FOTO)

Yarışda 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib.

Bakı. Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş banklararası şahmat yarışı keçirilib. Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, 2016-cı ildən bəri artıq 3-cü dəfədir ki, keçirilən və hər il böyük marağa səbəb olan yarışmada 28 kredit təşkilatından 80-ə yaxın nümayəndə iştirak edib. Yarışın nəticələrinə əsasən şəxsi komanda hesabında “Azərbaycan Beynəlxalq Bankı” ASC qalib gəlib. 2-ci və 3-cü yerlərdə müvafiq olaraq “Rabitəbank” ASC və “Bank of Baku” ASC qərarlaşıb. Şəxsi hesabda isə 1-ci, 3-cü və 8-ci yerləri Azərbaycan Beynəlxalq Bankının nümayəndələri Rauf Hacılı, Rəsul Mənsimli, Rəşad Bədəlov, 2-ci yeri Ata Bank-ın nümayəndəsi Orxan Hüseyn qazanıb.