Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub


Digərləri 21 May 2018 18:30:00 261 0

Mobil operatora məxsus stansiyadan 5 min manatlıq oğurluq olub

Mobil operatorlardan birinə məxsus stansiyadan oğurluq edən şəxslər saxlanılıb.

​Bakı. Mobil operatorlardan birinə məxsus stansiyadan oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 5-də mobil telefon operatorlarının birinə məxsus Təkiyə kəndində yerləşən stansiyadan oğurluq etməkdə şübhəli bilinən 3 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların Siyəzən rayon sakini Binyamin Əliyev, Çaraq kənd sakinləri Vilayət Hacıbalayev və Aqil Əzimov olduqları məlum olub.