AKP 149 deputatı təkrar namizəd göstərməyib


Dünya 21 May 2018 18:12:16 240 0

AKP 149 deputatı təkrar namizəd göstərməyib

Mustafa Destici Ankara ikinci bölge birinci sıradan namizəd göstərilib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) iyunun 24-də ölkədə keçirilməsi növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərinin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim edib.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, siyahıda 600 nəfərin adı yer alıb. Onlardan126-sı qadındır.

Siyahıda AKP-nin hazırda deputat olan167 nəfərin adı da var.Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib.

Türkiyənin baş naziri Binali Yıldırım İzmir birinci bölge birinci sıradan, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici ise Ankara ikinci bölge birinci sıradan namizəd göstərilib.