Qəzalı körpü yenidən tikilir VİDEO FOTO


Digərləri 21 May 2018 17:58:00 252 0

Qəzalı körpü yenidən tikilir  VİDEO  FOTO

Yeni körpü Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin yenidən qurulması layihəsi çərçivəsində tikilir. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, hazırda körpü sökülərək yerində yenisi inşa edilir.

Əraziyə lazımı sayda Azərbaycan avtomobil yolları dövlət agentliyinin canlı qüvvə və texnikası cəlb olunub.

4 hərəkət zolağı olmaqla yenidən tikilən körpü müasir, təhlükəsiz yol infrastrukturunun yaranmasına hesablanıb.

Pirsaat çayında sululuq artan zaman sütunlarından biri aşınmaya məruz qaldığından körpü yararsız vəziyyətə düşmüşüb. Şamaxının girişində yerləşən resbublika əhəmiyyətli yolun keçdiyi körpü uzun müddətdir nəqliyyatın hərəkətinə bağlı olduğundan sürücülər üçün də çətinlik yaranırdı.


Xəbərə aid fotolar