Mingəçevirdə sərnişin avtobusu aşdı:


Digərləri 21 May 2018 17:40:00 271 0

Mingəçevirdə sərnişin avtobusu aşdı:

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var. Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Son.az report-a istinadən xəbər verir ki, onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir.