Avtomobil təmiri sexini işlədən şəxs zibilliyə görə cərimə olundu


Digərləri 21 May 2018 17:24:00 322 0

Avtomobil təmiri sexini işlədən şəxs zibilliyə görə cərimə olundu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə  Xətai rayonu Nobel prospekti 159 ünvanında fəaliyyət göstərən avtomobil təmiri sexindən gələn iy-qoxu ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı avtomobil təmir sexinin qarşısında müxtəlif növ tullantıların qalaqlanması faktı aşkar edilib. Araşdırma zamanı tullantıların sözügedən sexə məxsus olduğu məlum olub.

Faktla bağlı təmir sexinin icarədarı Qorxmaz Hüseynov barəsində akt və protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib.

Yusif Nəsirli