“Uşaqlarını müalicə etdirmək üçün oğurladım”


Kriminal 21 May 2018 16:35:00 237 0

“Uşaqlarını müalicə etdirmək üçün oğurladım”

Gəncə sakininin evindən qızıl-zinət əşyaları oğurlanıb.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, polisin araşdırması zamanı oğrunun həmin mənzildə əvvəllər gəlin olan şəxsin əmisi olduğu üzə çıxıb. Nofəl Məhərrəmov - saxlanılan şəxs: "Qardaşım qızının keçmiş həyat yoldaşı qızın qızıllarını vermirdi. Qardaşım qızı uşağını müalicə etmək üçün qızıllara ehtiyacı var idi. Qız bilirdi qızıllar oradadır. Mən də ona görə məcbur olub qızılları oğurladım ki, satıb uşaqlarını müalicə etdirsin". Əvvəllər məhkumluq həyatı yaşayan 45 yaşlı Nofəl Məhərrəmov əldə etdiyi qızılları qardaşı qızı Mahnurə Məhərrəmovaya çatdırmağa macal tapmayıb. Saxlanılan Nofəl Məhərrəmov istintaqa verdiyi ifadəsi zamanı qızılları tapmaq üçün o qədər də çətinlik çəkmədiyini deyib. Nofəl Məhərrəmov - saxlanılan şəxs: "Darvazadan girdim. Baxdım ki, servantın qarşısında qızıl var. Onu götürüb çıxdım". Nofəl Məhərrəmovun istintaqa verdiyi ifadənin doğruluğunu müəyyən etmək üçün qardaşı qızı Mahnurə Məhərrəmovanın da izahatı alınıb. Saxlanılan şəxsin əməlinə araşdırmaların yekununda hüquqi qiymət veriləcək.


Xəbərə aid foto