"Azəriqaz": Binəqədidə partlayış olan kafedə qaz xətti yoxdur


Digərləri 21 May 2018 16:36:00 199 0

"Azəriqaz": Binəqədidə partlayış olan kafedə qaz xətti yoxdur

Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında partlayış baş verən kafedə təbi qaz xətti olmayıb.

Bakı. Samir Əli - Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında partlayış baş verən kafedə təbi qaz xətti olmayıb. Bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kərbəlayev deyib. İ.Kərbəlayevin sözlərinə görə, "Azəriqaz" əməkdaşları artıq hadisə yerinə baxış keçirib: "Bizim əməkdaşlar hadisə baş verən əraziyə baxış keçirib. Məlum olub ki, həmin kafedə qaz xətti yoxdur və partlayış təbii qaz sızmasından olmayıb".