Xətaidə evdən içərisində 30 min dollar və 100 min manatlıq qızıl olan seyf oğurlanıb


Digərləri 21 May 2018 16:26:00 179 0

Xətaidə evdən içərisində 30 min dollar və 100 min manatlıq qızıl olan seyf oğurlanıb

Xətaidə evdən içərisində 30 min dollar və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb.

Bakı. Xətaidə evdən içərisində 30 min dollar və 100 min manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlayan şəxslər saxlanılıb. Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri davam etdirilir. Belə ki, aprelin 22-də paytaxt sakini Xətai Rayon Polis İdarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30000 dollar və 100000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunmuşlar - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.