Səhiyyə Nazirliyi: Kafedə partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır


Sosial 21 May 2018 16:09:42 260 0

Səhiyyə Nazirliyi: Kafedə partlayış nəticəsində yaralanan şəxslərin vəziyyəti ağırdır

Yaralılar Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb

Bakıda kafedəpartlayışnəticəsində iki nəfər təcili yardım maşını ilə bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Əziz Əliyev adına Cərrahiyyə Klinikasının Yanıq Mərkəzinə aparılıb.

Bu barədə “Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda yaralıların vəziyyəti ağırdır.

Qeyd edək ki, hadisə zamanı iki yaralı xəstəxanaya aparılarkən yolda ölüb.