Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb


Digərləri 21 May 2018 16:02:00 275 0

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlanıb

Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlayanlar saxlanılıb.

Bakı. Gəncədə seyfdən 31 min manatlıq qızıl oğurlayanlar saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, nazirliyin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Məlumatla əlaqədar dərhal Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirirlib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.