Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub


Digərləri 21 May 2018 16:05:00 484 0

Bakı İdarəetmə və Texnologiya Kollecinə yeni direktor təyin olunub

Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub.

Bakı. Təhsil Naziri Ceyhun Bayramovun 21 may 2018-ci il tarixli əmri ilə Faiq Şaban oğlu Şahbazlı Bakı İdarəetmə və Texnologiya Kollecinə (BİTKol) direktor təyin olunub. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, F.Şahbazlı 1955-ci il aprelin 25-də Dəvəçi (indiki Şabran) rayonunun Orta Əmirxanlı (indiki Vələsli) kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) filologiya fakültəsinə daxil olub. 1978-ci ildə fərqlənmə diplomu ilə ali təhsilini başa vurub. Öz xahişi ilə Qubanın Xaltan kənd orta məktəbinə göndərilib. Bu məktəbdə müəllim, direktor müavini və direktor işləyib. 1981-ci ildə Bakıya köçüb, 83 nömrəli məktəbdə direktor müavini işləyib. Altı aydan sonra APİ-nin aspiranturasının əyani şöbəsinə daxil olub.