Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB


Sosial 21 May 2018 15:52:00 234 0

Azərbaycan Ordusunun şəhid olan əsgəri dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB

Yaylım atəşi açılıb

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu dəfn edilib.

"Report"un Qərb bürosu xəbər verir ki, şəhid rayonun Qıraq Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində ailə üzvləri ilə yanaşı,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Ağstafa Rayon İcra Hakimiyyətininəməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və sadə insanlar iştirak ediblər.

Şəhidin məzarı üzərində yaylım atəşi açılıb.