Bakıda iş adamı məhkəmə zalından həbs edildi


Digərləri 21 May 2018 15:51:00 222 0

Bakıda iş adamı məhkəmə zalından həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Gərayev 8 il azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs olunub.