Bakıda güclü partlayış:


Digərləri 21 May 2018 15:51:00 220 0

Bakıda güclü partlayış:

15:59

Bakıda kafedə partlayış olub.

Son.az APA-ya istinadən bildirir ki, Binəqədi rayonu, "Elit" Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

----------

15:51

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

Əlavə məlumat veriləcək.