“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib (FOTO)


Digərləri 21 May 2018 15:46:00 323 0

“AzerGold” QSC AzMİU-nun müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib (FOTO)

“AzerGold” QSC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib.

Bakı. “AzerGold” QSC Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim heyəti üçün Çovdar filiz emalı sahəsinə tanıtım səfəri təşkil edib. QSC-dən Trend-ə verilən məlumata görə, müəllimləri Çovdar filiz emalı sahəsinin fəaliyyəti haqqında məlumatlandırmaq mədsədi daşıyan səfər filiz emalı sahəsində təhlükəsizlik qaydaları ilə tanışlıqdan başlayıb. Daha sonra müəllimlərə laboratoriyanın iş prinsipi, filiz emalı sahəsində çalışan insanlar üçün yaradılan şərait, həmçinin qiymətli metalların hasilat və emal prosesi haqqında ətraflı məlumat verilib. Qızıl çıxımı, müasir texnologiyaların tətbiqi və ətraf mühitin qorunması nöqteyi-nəzərdən MDB məkanında lider mövqelər tutan Çovdar filiz emalı sahəsinin fəaliyyəti müəllim heyətində böyük maraq doğurub.