İran Suriyadan çıxmasının şərtlərini açıqladı


Dünya 21 May 2018 15:30:00 261 0

İran Suriyadan çıxmasının şərtlərini açıqladı

"Terrorizm mövcud olduqca, rəsmi Dəməşq istədikcə, İran  Suriyada qalacaq". 

Son.az APA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi keçirdiyi mətbuat konfransında deyib. 

Rusiyanın istəyi ilə əcnəbi qüvvələrin Suriyadan çıxmasına dair yayılan məlumatlara münasibət bildirən B. Qasımi qeyd edib ki,  heç kim İranı hansısa işi görməyə məcbur edə bilməz: "Suriya hökumətinin icazəsi olmadan həmin ölkəyə girənlər Suriyanı tərk etməlidir".

Hərtərəfli Birgə Fəaliyyət Planını razılaşdıran ölkələr arasında İranın nüvə proqramı ilə bağlı müzakirələrin olacağı ilə bağlı yayılan məlumatlara gəldikdə isə B.Qasımi bildirib ki, bu kimi məlumatların yayılmasının məqsədi çaşqınlıq yaratmaqdır: "Almaniya qəzetində çap olunan məlumat yalandır və bizim Hərtərəfli Birgə Fəaliyyət Planından başqa heç bir müzakirəmiz olmayacaq. Avropa ölkələrinin rəhbərləri yüksək intellekt sahibidir və İranla hansı məsələləri müzakirə edəcəklərini yaxşı bilirlər.  Gələn həftənin cümə günü  HBFP-nin müştərək komissiyasının iclası keçiriləcək. ABŞ sazişdən çıxdıqdan sonra bu ilk görüş olacaq. Görüş İranın istəyi ilə keçirilir və bizi maraqlandıran məsələlər haqqında müzakirə aparılacaq."