Əməkdar artistin model qızını Monika Belluçiyə bənzətdilər


Şou-biznes 21 May 2018 15:36:00 266 0

Əməkdar artistin model qızını Monika Belluçiyə bənzətdilər

Əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalovanın qızını dünya ulduzuna bənzətdilər.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, aktrisa İnstaqram hesbında qızı Səbinənin fotosunu paylaşıb. Sosial şəbəkə izləyiciləri onun qızına təriflər yağdıraraq, dünya ulduzu Monika Belluçiyə bənzədiyini deyiblər.

Qeyd edək ki, aktrsianın iki qızı var. Səbinə model kimi fəaliyyət göstərir. O, "Baku Fashion Week"də türk modelyer Aslı Caksonun kolleksiyasının nümayişi zamanı podiuma çıxıb.


Xəbərə aid foto