Azərbaycanda müəllimlər sertifikasiyaya cəlb olunacaqlar


Digərləri 21 May 2018 15:27:00 371 0

Azərbaycanda müəllimlər sertifikasiyaya cəlb olunacaqlar

Azərbaycanda müəllimlər və digər təhsil verənlər sertifikasiyaya cəlb edilirlər.

Son.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna əlavə və dəyişikliklər təklif edilib.

Layihəyə əsasən "Təhsil haqqında" qanunun 1-ci maddəsinə 6-1 və 8-1 bəndləri əlavə edilir.

Təklif olunan 6-1 bəndində deyilir ki, sertifikasiya - dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur.